Venesiyanın
elçisi Mikele Membre (d. 1509 – ö. 1594; it. Michele Membrè) 1539–cu
ilin avqustundan 1540–cı ilin avqust ayınadək paytaxt Təbrizdə Şah I
Təhmasibin (d. 1514 – ö. 1576; 1524–1576) qonağı olub. O, imperiyanın
cənubundan dəniz yolu ilə geri yollandı və Venesiyaya 1542–ci ilin
yanvarında çata bildi; elçiliyi və səyahəti haqqında hazırladığı,
1542–ci il tarixli hesabatı (it. Relazione di Persia, 1542) hazırda
Venesiya Dövlət Arxivində (it. Archivio di Stato di Venezia) saxlanılır.
Həmin hesabatında [orjinal italyanca mətn 1969–cu ildə, ondan ingilis
dilinə tərcümə 1993–cü ildə nəşr edilib] yazdıqlarından:
Showing posts with label From us. Show all posts
Showing posts with label From us. Show all posts
Friday, 22 May 2020
Əcayib əd–dünya
"Əcayib əd–dünya" (digər adları: "Əcayib əl–buldan", "Əcayib əl–aşya" və ya "Əcayib–i barr–u bəhr")[1] əsəri naməlum müəllif tərəfindən XIII əsrin birinci rübündə (İranlı və İngiltərəli tarixçilərə görə 613/1216–1217–ci ildə)[2] farsca qələmə alınıb.[3] Əsərin 1–i Rusiyada, 1–i İngiltərədə və 1–i İranda olmaqla cəmi 3 əlyazması məlumdur.[4] İngiltərə və İranda əlyazmaları tədqiq etmiş tarixçilərin təxmininə görə əsərin müəllifi Əbülmüəyyəd Əbu Muti Bəlxidir (rus. Абу–л–Му'аййад Абу Мути' Балхи; ing. Abu'l–Muayyad Abu Muti' Balkhi).[5]
"Əcayib əd–dünya" adlı əsərdən (XIII əsr) bəzi çıxarışlar
Yazılması təqribən hicri 628–ci ildə [miladi 1230/1231] yekunlaşdırılmış "Əcayib əd–dünya" adlı əsərdə Azərbaycanla bağlı çox sayda önəmli məlumat vardır, onlardan bəzilərini nəzərdən keçirək:
R. Açaryan: erməni ləhcələrində türk iqtibaslarının sayı 4000–ə çatır (1926)
R. Açaryan: Türk və erməni dillərinin qarşılıqlı təsiri (Türk dilində edilən məruzənin qısa tərcüməsi)
1021–ci ildə türklər ilk dəfə Ermənistana qədəm qoydular və qısa bir müddət ərzində bütün ölkəni ələ keçirib, qərbə doğru irəlilədilər. O dövrdən indiyədək doqquz əsr ərzində ermənilərlə müxtəlif türk–tatar tayfaları (səlcuqlular, tatarlar, türkmənlər, özbəklər, azərbaycanlılar və osmanlılar) yanaşı yaşamışlar. Bu birgəyaşayış mədəni həyatın müxtəlif sahələrində qarşılıqlı əlaqələrə səbəb oldu, lakin mən yalnız dil hadisələri üzərində dayanacağam.
1021–ci ildə türklər ilk dəfə Ermənistana qədəm qoydular və qısa bir müddət ərzində bütün ölkəni ələ keçirib, qərbə doğru irəlilədilər. O dövrdən indiyədək doqquz əsr ərzində ermənilərlə müxtəlif türk–tatar tayfaları (səlcuqlular, tatarlar, türkmənlər, özbəklər, azərbaycanlılar və osmanlılar) yanaşı yaşamışlar. Bu birgəyaşayış mədəni həyatın müxtəlif sahələrində qarşılıqlı əlaqələrə səbəb oldu, lakin mən yalnız dil hadisələri üzərində dayanacağam.Wednesday, 13 May 2020
Məhəmməd ibn Cərir ət–Təbəri
Məhəmməd ibn Cərir ət–Təbəri (ərəb. محمد بن جرير الطبري; fars. محمد بن جریر طبری; ing. Muḥammad ibn Jarīr al–Ṭabarī; rus. Мухаммад ибн Джарир ат–Табари; türk. Muhammed İbn–i Cerir el–Taberî; tam adı: Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Qalib ət–Təbəri əl–Amuli/əl–Bağdadi; d. 224–225/839, Amul — ö. 310/923, Bağdad) təbəri/mazandarani əsilli məşhur (müfəssir, tarixçi, mühəddis və fiqh) islam alimi idi. İslam və ümumən dünya tarixçiliyində xüsusi çəkisi ilə seçilən “Tarix ər–rüsul və–l müluk/Peyğəmbərlər və hökmdarlar tarixi” (ərəb. تاريخ الرسل والملوك; ing. Tārīkh al–Rusul wa al–Mulūk/History of the Prophets and Kings; rus. Тарих ар–русул ва–л–мулук/История пророков и царей; türk. Tarih el–rüsul ve–l–mülûk/Peygamberler ve Hükümdarlar Tarihi) əsərinin müəllifidir.






